IMG-LOGO

FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

31.01.2024 23:04 67 baxış
IMG

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

Bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti