IMG-LOGO

Çində partlayış: səkkiz nəfər öldü

08 Feb 2026 07:56 2 baxış
IMG
0 0

Çinin şimalında yerləşən müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub. Lent.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları Çinin şimalındakı Şansi əyalətində biotexnologiya zavodunda baş verən partlayış nəticəsində səkkiz nəfərin öldüyünü təsdiqləyib.

Bildirilir ki, partlayış "Jiapeng" şirkətinə məxsus istehsalat sahəsində baş verib. Şirkətin nümayəndəsi saxlanılıb. Hadisənin araşdırılması üçün istintaq qrupu yaradılıb.

çin partlayış

Xəbər lenti