IMG-LOGO

Naxçıvanda ötən il dövlət satınalmalarında büdcə vəsaitlərinə 16 % qənaət edilib

31.01.2024 11:06 68 baxış
IMG

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları həyata keçirilərkən 9,5 milyon manata və yaxud dövlət büdcəsindən ayrılmış vəsaitin 16 %-nə qənaət edilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qənaətin 92,5 %-i açıq tender üsulu ilə, 0,03 %-i təkliflər sorğusu üsulu ilə, 7,47 %-i isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti