IMG-LOGO

Hakerlər məmurların məlumatlarını ələ keçirdi

07 Feb 2026 03:05 2 baxış
IMG
12 0

Hollandiyada Məlumatların Qorunması İdarəsi və Ədliyyə Şurasının əməkdaşlarının şəxsi məlumatları dövlət qurumlarının istifadə etdiyi proqram təminatındakı zəiflik nəticəsində baş verən sızma səbəbindən kənar şəxslərin əlinə keçib.

Lent.az xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Məlumata görə, “Ivanti Endpoint Manager Mobile” proqram təminatındakı səhv nəticəsində üçüncü tərəflər əməkdaşların adları, elektron poçt ünvanları və telefon nömrələri də daxil olmaqla şəxsi məlumatlarına icazəsiz çıxış əldə ediblər.

Məlumat sızmasından zərər çəkən əməkdaşların dəqiq sayı hələ müəyyənləşdirilir.

haker məlumat

Xəbər lenti