Fransa Hərbi Dəniz Qüvvələri tezliklə dəniz minalarını təmizləmək üçün nəzərdə tutulmuş pilotsuz minaaxtaranlar istismara verəcək.
Lent.az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi admiral Nikolas Vojur məlumat verib.
"Biz müəyyən əraziləri təmizləməyə qadirik və minaaxtaranlar vasitəsilə mina müharibəsi imkanlarımızı nümayiş etdirmək qabiliyyətinə malikik. Bu gün bütün bunlar pilotsuz idarə olunur və tezliklə pilotsuz minaaxtaranlar xidmətə veriləcək", - admiral bildirib.
mina pilotsuz