IMG-LOGO

Azərbaycanda daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30.01.2024 16:08 71 baxış
IMG

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu ay daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edib.

"Report" Agentliyə istinadən xəbər verir ki, bununla da qurumun mikro və kiçik sahibkarlıq subyektlərinə verdiyi “Startap” şəhadətnamələrinin sayı 130-a çatıb.

“Startap” şəhadətnamələri fərdi sahibkar Nigar Novruzzadənin incəsənət əsərlərinin satışı üçün onlayn platforma, "Cybersign" MMC-nin kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər, "Oneplusone" MMC-nin həvəskar idmançılar üçün onlayn platforma, "Eattable" MMC-nin onlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi), "İni.az" MMC-nin logistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı, "Food Lab" MMC-nin restoran idarəetmə platforması və fərdi sahibkar Şəmistan Əlizadənin şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

During the video conference with Muhammad Sulaiman Al Jasser, the President of the Islamic Development Bank (@isdb_group), we signed the “#MemorandumofUnderstanding on the Preparation of the Country Cooperation Framework for #Azerbaijan between the Ministry of Economy of the… pic.twitter.com/B7JOTLobyr

— Mikayil Jabbarov (@MikayilJabbarov) January 30, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti