ABŞ şirkətləri 2026-cı ilin yanvar ayında 108 mindən çox əməkdaşı işdən çıxarıb. Lent.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2009-cu ildən bəri ən yüksək səviyyədir.
İxtisarlarla bağlı planların əksəriyyəti hələ 2025-ci ilin sonuna qədər hazırlanıb.
Qeyd olunur ki, işdən çıxarmaların sayı ötən ilin yanvarı ilə müqayisədə 118 faiz artıb. Kütləvi ixtisarların əsas səbəbləri kimi ölkədəki iqtisadi vəziyyət, şirkətlərin müqavilələri itirməsi və ABŞ-ın iri korporasiyalarında aparılan restrukturizasiya göstərilir.
abş işçilər ixtisar