ABŞ vətəndaşı, eyni zamanda cinsi istismar qurbanı olan Ashley Rubrightin açıqlamaları dünya gündəmini məşğul edən Ceffri Epşteyn skandalı ilə bağlı hər yeni məqamlar ortaya çıxarıb.
Lent.az xəbər veriri ki, Rubright BBC-yə verdiyi müsahibədə olduqca qorxunc hadisələrdən danışır.
Bununla bərabər o deyir ki, bu istiqamətdə aparılan araşdırmalar, yayılan məqalələr onun və digər qurbanların travmalarını yeniləyir. O, hər gün bu mövzuda eşitdikləri zamanı keçirdiyi hisslərin dəhşətini təsvir etməyə belə aciz qalıb:
“Amerika rəhbərliyi və ictimaiyyəti bu məsələni bitmiş hesab etməməlidir. Onun sözlərinə görə, illərdir ki, qurbanlar bununla bağlı davamlı şəkildə əziyyət çəkir, buna görə də məsuliyyətə cəlb edilmə və şəffaflıq tələb edir”.
O həmçinin qeyd edib ki, çoxları hələ də bu skandala qarışan şəxslərin adları, əlaqələri və prosesin necə aparıldığı haqqında tam məlumat əldə etmədikləri üçün “ört basdır edilmə” cəhdinin olduğunu düşünürlər.
Rubright Epşteyn ilə qarşılaşdıqdan sonra baş verənləri “hər gün yenidən travmatizə olmaq” kimi təsvir edib və ölkənin, siyasi rəhbərlərin və hüquq-mühafizə orqanlarının bu məsələyə ciddi yanaşmasını tələb edib.
Rubright və digər qurbanlar Epşteynin ölümü və bəzi sənədlərin qismən açıqlanmasından sonra da geniş ictimaiyyətin skandalın arxasında qalanları tam bilmədiyinə görə narazılıqlarını gizlətmirlər.
Epşteyn işi Jeffrey Epstein Epşteyn qalmaqalı cinsi istismar insan alveri cinsi istismar qurbanları Ashley Rubright BBC News ABŞ xəbərləri beynəlxalq qalmaqal məhkəmə prosesi hüquqi məsuliyyət insan hüquqları travma qurbanların səsi siyasi açıqlamalar Donald Trump ictimai reaksiya beynəlxalq media