Göygöldə üzərində xəsarət izləri olan meyit tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Cəlilli kəndində, 1986-cı il təvəllüdlü Sabiq Quliyevin üzərində xəsarət izləri olan meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.