2025-ci ildə Azərbaycanda 731 dövlət icbari şəxsi sığorta hadisəsi üzrə 760 şəxsə 2,9 milyon manat sığorta ödənişi edilib.
"Report" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 46,4 %, 46,3 % və 31 % azdır.
Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və təşkilatlarında çalışan şəxslərin, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 2026-cı il 1 yanvar tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu vasitəsilə mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.