IMG-LOGO

Restoranda doyunca yedi, “şotu” ödəmədi, həbs edildi - AZƏRBAYCANDA

18 Feb 2026 16:54 4 baxış
IMG
2 0

Qəbələdə məşhur restoranda insident yaşanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisindəki “Künəfə” restoranında qeydə alınıb.

Mingəçevir sakini olan 37 yaşlı Firdovsi Məmmədov (ad və soyad şərtidir) bir neçə şəxslə həmin restoranda 2-3 saat ərzində müştəri qismində oturaraq, ayrı-ayrı yeməklər yeyib. Hesab 110 manat olub. Lakin ağır dərəcə sərxoş olan Firdovsi hesabı ödəməkdən imtina edib və restoran personalını uca səslə təhqir edib.

Nəticədə F. Məmmədov saxlanılıb və barəsində protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə həbs olunub.

Hadisələr Qəbələ rayonu Künəfə restoranı Künəfə

Xəbər lenti