ABŞ Ədliyyə Nazirliyinin yayımladığı yeni yarılma və cinayət yeri fotoşəkilləri Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə. şəkillərdə onun boynunda dərin, qanlı bir yara, qançırlar və sınıq dilaltı sümüyünü göstərən dəlillər, kamerasında isə cırılmış çarşaflar, dərman qutuları və səpələnmiş məftillər görünür. Yeni dəlillər Epşteynin ölümü ilə bağlı şübhələri gücləndirir, bəziləri onun qaçırıldığını iddia edirlər.
ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı sənədlər yenidən diqqət mərkəzindədir. ABŞ Ədliyyə Nazirliyinin ictimaiyyətə açıqladığı yeni sənədlər və fotoşəkillər Epşteynin ölümü ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Epşteynin boynunun ortasında dərin, qanayan bir yara yarılma və cinayət yerindən bu yaxınlarda yayımlanan fotoşəkillərdə aydın görünür. Məhkəmə ekspertizası bu yaranı "asılaraq boğulma" nəticəsində təsnif etsə də, bəzi mütəxəssislər görüntülərin boğulma hallarında nadir görülən hipoid sümüyünün (dil sümüyü) qırıldığını göstərdiyini irəli sürürlər. Fotoşəkillərdə Epşteynin gözləri ətrafında qırılan kapilyarlar və boynundakı çoxsaylı çürüklər də görünür.
Sənədlərdə yer alan təxminən 90 cinayət yeri fotoşəkili, Epsteynin 2019-cu ildə ölüm gecəsi Metropolitan İslah Mərkəzindəki kamerasının vəziyyətini göstərir. Görüntülərdə cırılmış və əzilmiş çarşaflar, kameranın döşəməsində çoxsaylı reseptli dərman qutuları və səpələnmiş elektrik kabelləri görünür.
Bu yeni yayımlanan fotolar Epşteynin ölümünün intihar, yoxsa başqa bir ssenari olub-olmadığı ilə bağlı müzakirələri yenidən alovlandırıb və sualların hələ də həll olunmadığı ilə bağlı ictimai tənqidlərə səbəb olub.
Ceffri Epşteyn milyarder müəmmalı ölüm fotolar

