IMG-LOGO

Çaya limon əlavə etmək nə vaxt lazımdır? - Sağlamlıq faydalarını itirmədən

04 Feb 2026 13:02 4 baxış
IMG
17 0

Dadını, ətrini və faydalı xüsusiyyətlərini qorumaq üçün limonlu çayı necə dəmləmək olar. Mağazalardakı böyük çeşidə baxmayaraq, adi qara çay limonla birlikdə milyonlarla insan üçün gündəlik sevilən içki olaraq qalır.

Limon əlavə edilmiş çay nahar və ya şam yeməyindən sonra içmək üçün ideal hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki,  elmi araşdırmalar  limonun orqanizmdə pH balansını tənzimləməsini, həzmi yaxşılaşdırmasını və qaraciyərin fəaliyyətini dəstəklədiyini sübut edir. Bundan əlavə, limonun sitrus ətri düşüncələri sakitləşdirir, çay dəmləmə ritualı isə insanı rahatlamağa kökləyir.

Limonu çaya nə vaxt əlavə etməli

Əsas sual isə budur: limonu çaya nə vaxt atmaq daha düzgündür? Əksər insanlar limon dilimini çaya artıq dəm və qaynar su əlavə etdikdən sonra fincana salır. Bəzən isə limon birbaşa çay dəmi ilə birlikdə qaynar suya atılır. Hətta elə düşünənlər də var ki, çayı fincana süzməzdən əvvəl limonu şəkərlə yaxşıca ovmaq lazımdır ki, dad daha zəngin olsun.

Adətən qara çay tam qaynar su ilə dəmlənir, yaşıl çay üçün isə qaynamağa yaxın, təxminən 93 dərəcəlik su uyğundur. Hər iki çayı limonla içmək olar və 100 dərəcəyədək temperatur bu meyvədəki birləşmələr üçün təhlükəli sayılmır. Yüksək temperaturun təsiri altında limon zərərli maddələr ifraz etmir. Lakin çoxları soruşur ki, niyə limonu çox isti çaya atmaq olmaz.

Burada məsələ vitaminlərlə bağlıdır. Onları maksimum qorumaq istəyirsinizsə, bilməlisiniz ki, vitaminlər qaynar suya davamlı deyil. Limonlarda ən çox askorbin turşusu, yəni C vitamini olur. Yüksək temperaturun təsiri ilə bu vitamin tez oksidləşir və parçalanır. Buna görə də limonu çox isti suya əlavə etmək çayın sağlamlıq baxımından faydasını azaldır.

Digər tərəfdən, qaynar su limondakı turşunu və efir yağlarını daha tez çıxarır. Nəticədə çay daha turş və tünd dadlı olur və bu cür içki “güclü” çay sevənlər üçün daha uyğundur.

ətir limon çay

Xəbər lenti