IMG-LOGO

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib

29.01.2024 15:19 69 baxış
IMG

Azərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani Ştalmeysterlə Azərbaycan üzrə hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələləri, ölkəmizin iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirdik”, – nazir bildirib.

Dünya Bankının (@WorldBank) Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani Ştalmeysterlə #Azərbaycan üzrə hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələləri, ölkəmizin #iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli… pic.twitter.com/63JlP8pr2r

— Mikayil Jabbarov (@MikayilJabbarov) January 29, 2024 Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti