Yuxuda qarışqa görmək mühüm hadisələrin simvolu kimi qəbul edilir. Xüsusilə hüquq-mühafizə orqanları və ya hərbi sahə ilə bağlı yaşanacaq bəzi vəziyyətlərə işarə edə bilər.
Lent.az yuxuda qarışqa görməyin mənalarını təqdim edir:
Yuxunun görüldüyü məkan da yozuma təsir edir. Məsələn, qarışqaların evi, ölkəni və ya başqa bir ərazini bürüməsi hüquq-mühafizə qüvvələrinin hərəkətə keçəcəyinə yozulur. Bununla yanaşı, bu yuxu müsbət mənada da şərh olunur. Belə ki, yuxu sahibinin maddi məsələlərdə və iş həyatında uğurlu bir dövrə qədəm qoyacağına dəlalət edir.
Yuxuda qarışqa sürüsü görmək nədir?
Yuxuda qarışqa sürüsü görmək yuxu sahibinin gələcəkdə yaxşı bir mövqe əldə edəcəyinə işarədir. Qarşılaşacağı çətinlik və sıxıntıların öhdəsindən gələcəyinə, maddi baxımdan yaxşı qazanc əldə edəcəyinə dəlalət edir. Həmçinin yuxu sahibinin bəzi bacarıqları ilə ön plana çıxacağı da rivayət olunur.
Yuxuda qarışqa öldürmək nədir?
Yuxuda qarışqa öldürmək yuxu sahibinin başqasının təsiri ilə yanlış qərarlar verəcəyinə yozulur. Bu qərarların ailə və sosial həyatına mənfi təsir göstərəcəyi, iş həyatında isə ciddi maddi itkilər yaşayacağına dəlalət edir.
Yuxuda qarışqa yuvası görmək nədir?
Yuxuda qarışqa yuvası görmək həmrəyliyə, qarşılıqlı yardıma və kollektiv əməkdaşlığa işarədir. İnsanların imecə üsulu ilə bir-birinə kömək edəcəyinə dəlalət edir. Bu yardım və dəstəyin həm maddi, həm də mənəvi baxımdan yuxu sahibinə müsbət təsir göstərəcəyi bildirilir.
Yuxuda qarışqa dişləməsi nədir?
Yuxuda qarışqa dişləməsi yuxu sahibinin zəif bir düşmənə malik olduğunu göstərir. Bu düşməndən zərər görməyəcəyi və onunla asanlıqla mübarizə aparacağına işarə edilir. Əgər yuxuda qarışqa yuxu sahibini dişləyirsə, bu, kiçik yatırımlarla böyük qazanc əldə edəcəyinə dəlalət edir. Borclarını tədricən ödəyib tamamilə bağlayacağı da yozulur. Eyni zamanda bu yuxu yuxu sahibinin özünü olduğundan böyük gördüyünü və eqosunun yüksək olduğunu da ifadə edə bilər.
Yuxuda qarışqa yemək nədir?
Yuxuda qarışqa yemək xeyirli işlərə yozulur. Xüsusilə yuxu sahibinin evinə bolluq, bərəkət və yaxşı qazancın daxil olacağına işarə edir. Xoşbəxt və firavan bir həyat sürəcəyini və bunu ailəsi ilə birlikdə uzun müddət davam etdirəcəyini bildirir. Digər tərəfdən, yuxuda qarışqa yemək yuxuda evə qarışqa girməsi ilə eyni şəkildə şərh olunur.
Yuxuda bədəndə qarışqa görmək nədir?
Yuxuda bədəndə qarışqa görmək, əgər yuxu sahibinin hər hansı bir xəstəliyi varsa, bu xəstəliyin daha da ağırlaşacağına yozulur. Hətta bəzi yozumlara görə, bu xəstəliyin sonda ölümə qədər aparıb çıxara biləcəyi rivayət edilir.
Yuxuda bədəndən qarışqaların çıxdığını görmək nədir?
Yuxuda bədəndən qarışqaların çıxdığını görmək, xüsusilə xəstə olan bir insan üçün vəziyyətin yaxşıya doğru getmədiyini göstərir. Eyni zamanda ölümün yaxınlaşdığına dair yozumlar da mövcuddur. Lakin bəzi yuxu alimlərinə görə bu yuxu müsbət mənada da şərh olunur.
Əgər yuxu sahibi evlidirsə, yaxın zamanda övlad sahibi olacağına dair müjdəli xəbər alacağına işarə edir. Əgər yuxu sahibi subaydırsa, yaxın vaxtlarda qarşısına qismətin çıxacağını bildirir.
Yuxu yozmalar yuxuda qarışqa görmək