IMG-LOGO

Ərdoğan nazirlərlə İran-ABŞ gərginliyini müzakirə edəcək

02 Feb 2026 08:37 2 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunub ki, iclasda İranla ABŞ arasında davam edən gərginlik başda olmaqla, Qəzza və Ukraynadakı son durum müzakirə ediləcək. Bununla yanaşı, Suriyada son yaşanan hadisələr fonunda Türkiyənin sərhəd təhlükəsizliyi də müzakirə mövzusu olacaq.

Həmçinin Türkiyə iqtisadiyyatının mövcud vəziyyəti ətrafında da fikir mübadiləsi aparılacaq.

Xəbər lenti