IMG-LOGO

Qızılın qiyməti 4 700 dollardan aşağı düşdü

02 Feb 2026 07:37 2 baxış
IMG
2 0

2026-cı ilin fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti Nyu-Yorkun "Comex" birjasında yanvarın 19-dan bu yana ilk dəfə olaraq bir troya unsiyası üçün 4 700 dollar səviyyəsindən aşağı enib.

Lent.az xəbər verir ki, bunu Nyu-York əmtəə birjası "Comex"in ticarət məlumatları sübut edir.

Ticarət zamanı qiymətli metalın qiyməti 4 644,8 dollar təşkil edib ki, bu da 5,35 faiz azalma deməkdir.

qızıl

Xəbər lenti