Venesuela ilk mayeləşdirilmiş neft qazı partiyasını ixrac edib.
"Report" xəbər verir ki, bu barədə ölkə prezidentinin vəzifəsini icra edən Delsi Rodriqes özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Bu hadisəni qürurla paylaşıram: ilk mayeləşdirilmiş neft qazı yükünü daşıyan "Chrysopigi Lady" tankeri Venesueladan yola düşüb", - deyə o, tədarükün həcmini dəqiqləşdirmədən yazıb.
Rodriqes bu hadisəni işçi sinfi ilə birlikdə qeyd etdiyini bildirib. O, mayeləşdirilmiş qaz ixracının Venesuela xalqının rifahını yaxşılaşdıracağına əminliyini ifadə edib.