Yaponiyada baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası (LDP) və onun tərəfdaşı Yaponiyanın Yenilənməsi Cəmiyyəti Partiyasından ibarət koalisiya parlamentin aşağı palatasına keçiriləcək seçkilərin yekunlarına əsasən, 465 yerdən təxminən 300-ünü qazanaraq mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
"Report" xəbər verir ki, bunu "Asahi Shimbun" qəzetinin keçirdiyi sorğunun nəticələri göstərir.
Hazırda hakim blok parlamentdə yalnız minimal çoxluğa - 465 yerdən 233-nə sahibdir. Sorğunun məlumatlarına görə, hakim blokun yerlərin 2/3 hissəsini (310 yer) qazanmaq şansı da qalır ki, bu da büdcənin qəbulu, yeni qanunlar və baş nazirin seçilməsində həlledici səsə malik olan aşağı palatada mütləq çoxluğu təmin edir. Eyni zamanda, əsas müxalifət qüvvəsi olan, bu yaxınlarda yaradılmış Mərkəzçi İslahatlar Birliyi Partiyasının yerlərinin yarısından çoxunu itirəcəyi - mandatlarının sayının hazırkı 167-dən 74-ə düşəcəyi proqnozlaşdırılır.
Eyni zamanda, "Yaponlar hər şeydən üstündür" şüarı ilə çıxış edən və dəfələrlə irqçilik və ksenofobiyada ittiham olunan radikal mühafizəkar Siyasətdə İştirak Partiyası parlamentdəki mövqeyini 2 yerdən 11 yerə qədər yüksəldəcək.
"Asahi Shimbun"un ümummilli telefon sorğusu 31 yanvar – 1 fevral tarixlərində keçirilib və təxminən 350 min respondent iştirak edib.