ABŞ Prezidenti Donald Tramp bildirib ki, BMT-nin maliyyə problemləri təşkilatın üzvlərini üzvlük haqqı borclarını ödəməyə məcbur etməklə həll oluna bilər.
"Report"un məlumatına görə, Ağ Evin rəhbəri bunu "Politico" qəzetinə telefonla müsahibəsində deyib.
"Əgər onlar Trampın yanına gəlsəydilər və ona desəydilər, mən hamını ödəniş etməyə məcbur edərdim, elə NATO-nu ödəniş etməyə məcbur etdiyim kimi", – ABŞ Prezidenti vurğulayıb.
O, eyni zamanda, ABŞ-nin öz borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib.