IMG-LOGO

Hindistan ordusunun Baş qərargah rəisi Ermənistana səfər edib

01 Feb 2026 21:37 2 baxış
IMG

Hindistan Silahlı Qüvvələrinin (SQ) Baş qərargah rəisi general Anil Çauhanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik səfər çərçivəsində müzakirə olunacaq mövzuları açıqlamayıb.

Qeyd edək ki, Çauhanın İrəvana səfəri əvvəlcədən elan edilməyib.

Xəbər lenti