Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.
"Report"un məlumatına görə, turun sonuncu matçında "Neftçi" NTD-ni məğlub edib - 98:82.
Günün ilk qarşılaşmasında "Gəncə" "Şəki"ni üstələyib - 95:80.
Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.