IMG-LOGO

İran spikerinin rəsmisi: Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir

01 Feb 2026 17:34 2 baxış
IMG

Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.

"Report"un "SNN" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.

"Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir", - deyə o bildirib.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.

Xəbər lenti