IMG-LOGO

Zelenski yenidən prezident seçkilərində namizədliyini irəli sürə bilər

01 Feb 2026 15:16 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən prezident seçkilərində namizədliyini irəli sürə bilər.

"Report" xəbər verir ki, siyasətçi bu barədə Çexiya radiosuna verdiyi müsahibədə bildirib.

"Bilmirəm. Bu (Rusiya-Ukrayna - Red.) müharibəsinin necə bitəcəyindən asılıdır", - Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, bəzən yenidən namizədliyini irəli sürmək barədə düşünür.

Xatırladaq ki, Ukraynada 2024-cü ilin mart ayına təyin olunmuş prezident seçkiləri mövcud hərbi vəziyyət səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Zelenski vurğulayıb ki, ölkə texniki cəhətdən seçkiləri keçirməyə hazırdır, lakin bu, yalnız hərbi əməliyyatlar bitdikdən və ya etibarlı təhlükəsizlik zəmanətləri ilə mümkündür.

Xəbər lenti