IMG-LOGO

Türkiyə uşaqların sosial media qadağasının təfərrüatları məlum olub

01 Feb 2026 14:50 2 baxış
IMG

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq üçün atılacaq addımlar üzərində işini yekunlaşdırıb.

Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Qanuna ediləcək müvafiq dəyişiklikdən sonra Türkiyədə uşaqları internetin zərərlərindən qorumağa yönəlmiş qaydanın bir hissəsi olaraq, 15 yaşdan kiçik uşaqların, hətta valideynlərinin icazəsi ilə belə, sosial media saytlarında hesab aça bilməyəcəyi və yalnız yaşlarına uyğun oyunlara daxil ola biləcəyi planlaşdırılır.

Vurğulanıb ki, sosial şəbəkə provayderləri rəqəmsal dünyada uşaqların təhlükəsizliyini təmin etmək üçün daha təsirli tədbirlər görməli və onların rəqəmsal asılılıqlardan qorunması üçün mühüm addımlar atmalıdır. Təklifə əsasən oyunlar üçün yaş məhdudiyyəti olmayacaq, yaşa uyğun reytinqlər tətbiq ediləcək və uşaqlar yalnız yaşlarına uyğun oyunlara daxil ola biləcək.

Eyni zamanda sosial şəbəkə provayderlərinin yaş yoxlama sistemlərinin prosedurları və prinsipləri qaydalarla müəyyən ediləcək. Digər bir təklif uşaqlar rəqəmsal mühitlərdən istifadə edərkən valideyn rəhbərliyi və nəzarət hüquqlarının istifadəsi ilə bağlıdır.

Məqsəd, həmçinin platformaların istifadəçilərin qanunsuz və ya zərərli məzmunla bağlı şikayətlərini elektron şəkildə təqdim edə biləcəyi aktiv şikayət mexanizmi təmin etmək öhdəliyinin əhatə dairəsini genişləndirməkdir.

Xəbər lenti