"OPEC+" sazişində daha çox ölkə iştirak etməlidir, çünki bu, neft bazarı üçün daha səmərəli olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Nə qədər çox ölkə öz səylərini birləşdirsə, bazar üçün bir o qədər effektivdir, çünki bazar çox kövrəkdir. Daha çox ölkə (“OPEC+”da) iştirak etməlidir”, – o deyib.
Bizim WhatsApp kanalımıza abunə olun