IMG-LOGO

Limonu mətbəx kranına bağlayın – Bir neçə saat sonra...

27 Jan 2024 18:54 142 baxış
IMG

Mətbəx kranınızdakı əhəng problemini limonla həll edə bilərsiniz. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ekspertlər evdar qadınları bu qeyri-adi üsuldan istifadə etməyə çağırıblar.

Mütəxəssislərin fikrincə, sitrus meyvələri tərkibindəki turşuya görə bəzi çirkləndiricilərdən xilas olmaqda əladır. Kranı həddindən artıq sərt su nəticəsində əmələ gələn əhəngdən təmizləmək üçün limonu yarıya bölməyi, sonra onu krana bağlamağı və pulpanın tıxanmış dəliyə bitişik olmasını və bir neçə saat saxlamağı məsləhət görürlər. Mütəxəssislər əmin edirlər ki, bu hərəkətin nəticəsi dərhal görünəcək - su daha yaxşı axacaq.

 

Mənbə: lent.az

Xəbər lenti