IMG-LOGO

Tovuzda minik avtomobili yük maşınına çırpıldı - Sürücülərdən biri yaralandı

02 Aug 2026 13:54 4 baxış
IMG
1 0

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı yaralanan minik avtomobilinin sürücüsü 35 yaşlı S.Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tovuz qəza

Mənbə: lent.az

Xəbər lenti