IMG-LOGO

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin edib - YENİLƏNİB

02 Aug 2026 14:33 5 baxış
IMG

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib.

"Report"un verdiyi məlumata görə, müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.

"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.

14:21

"Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın ölkənin Baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi üçün zəruri sənədləri təqdim edib.

"Report"un erməni mediasına istinadən verdiyi məlumata görə, Milli Assambleyada parlament çoxluğunu formalaşdıran siyasi qüvvə kimi "Vətəndaş müqaviləsi" Ermənistan Respublikası Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq, Konstitusiyada nəzərdə tutulan təyinat prosedurunun təmin edilməsi məqsədilə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri sənədlər paketini ölkə Prezidentinə təqdim edib.

Qeyd edək ki, bu gün Knyaz Həsənovun sədrliyi ilə Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclası başlayıb. Prosedura uyğun olaraq Ermənistan hökuməti istefa verib.

Mənbə: report.az

Xəbər lenti