IMG-LOGO

Şəmkir bazarında yanğın - YENİLƏNİB

27.01.2024 18:09 102 baxış
IMG

Şəmkirdə bazarda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğını nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri söndürüb.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

17:55

Şəmkirdə yanğın hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində yerləşən bazar ərazisində qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Xəbər lenti