Mətbuat tərəfindən vəziyyətin gərginləşdirilməsinə baxmayaraq, İran və ABŞ arasında dialoq üçün danışıqlar sisteminin formalaşdırılması inkişaf edir.
"Report"un məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial şəbəkəsində yazıb.
"Mediada süni şəkildə yaradılan müharibə atmosferinə baxmayaraq, danışıqlar sisteminin formalaşdırılmasında tərəqqi əldə edilir", - paylaşımda bildirilir.