IMG-LOGO

AZƏRTAC vakansiya elan edib

27.01.2024 17:06 106 baxış
IMG

AZƏRTAC Fransa bürosu üzrə müxbir vakansiyası elan edib.

"Report" xəbər verir ki, vakansiyaya müraciət edən şəxslərə verilən tələblər:

- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək; - Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq; - İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq; - Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq; - Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq; - Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər:

- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı; - 25-55 yaş arası olmalı; - KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı; - Fransız dilində sərbəst danışmağı və yazmağı bacarmalı; - Stresli vəziyyətlərə davamlı olmalı; - Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli; - Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı; - Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı; - Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı; - Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı; - Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2024-cü il fevralın 10-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur. Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti