Qırmızı bülletenlə axtarılan və 25 may 2024-cü ildə Macarıstanda saxlanılan "Ayhan Bora Kaplan" mütəşəkkil cinayət qruplaşmasının rəhbəri Serdar Sertçelik Türkiyəyə ekstradisiyadan sonra həbs olunub.
"Report" xəbər verir ki, Serdar Sertçelik haqqında "cinayət törətmək məqsədi ilə qurulan qruplaşmaya üzv olmaq", "qəsdən adam öldürmə" və "cinayəti gizlətmək, başqa bir cinayətin dəlillərini gizlətmək və ya yaxalanmamaq məqsədi ilə adam öldürmə"də ittiham olunur.
Sertçelik, İnterpol-Europol Departamentinin əməkdaşlarının nəzarəti altında təyyarə ilə Budapeştdən Ankaraya gətirilib.
Ankaranın Baş Prokurorluğu Serdar Sertçelikin həbs olunduğunu açıqlayıb.