IMG-LOGO

Məhəmməd İslami: İranı nüvə silahı olmadan da qorumağa qadirik

01 Feb 2026 02:40 4 baxış
IMG

Nüvə silahının İranın hərbi doktrinasında yeri yoxdur və ali rəhbər Əli Xamenei də bu barədə fətva verib.

"Report" xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami yerli mediaya son müsahibəsində deyib.

"İranın strateji baxımdan malik olduğu imkanları nəzərə alsaq, bizə nüvə silahı lazım deyil və atom bombası olmadan da ölkəni qorumağa qadirik", - Məhəmməd İslami vurğulayıb.

Məhəmməd İslami Buşehrdə yeni elektrik stansiyalarının tikintisində Rusiya ilə sıx əməkdaşlıq barədə də danışıb. "Buşehr Atom Elektrik Stansiyası üçün yanacaq bu il tədarük edilib", - o əlavə edib.

Xəbər lenti