İran hakimiyyəti ABŞ ilə mübahisəli məsələlər üzrə danışıqlar prosesinin təşkilində irəliləyiş əldə edib.
"Report"un məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial şəbəkəsində yazıb.
"Prioritet danışıqlar üçün struktur üzərində iş davam edir", – o qeyd edib.
Laricani bildirib ki, informasiya müharibəsi vasitəsilə yaradılan mühitə baxmayaraq, işlər aparılır.