İran, Rusiya və Çin fevralın sonunda Hind okeanın şimalında birgə hərbi təlimlər keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, manevrlərdə İran Hərbi Dəniz Qüvvələri, İslam İnqilabının Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Qüvvələri, həmçinin Çin və Rusiya Hərbi Dəniz qüvvələri iştirak edəcək.
Bu təlimlər 2019-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə başlayıb və indiyədək yeddi dəfə reallaşıb.