IMG-LOGO

Cəmiyyət sədri: Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinə ehtiyac var

31 Jan 2026 13:21 2 baxış
IMG

Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, bəzi xəstələrin ürək dəyişdirilməsinə ehtiyacı olsa da, bəzi hallarda transplantasiyanın həyata keçirilməsi risklidir:

"Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri yaradılsa, xəstəyə ürək transplantasiya əməliyyatının mümkünlüyü və həmin şəxsin əməliyyatdan sonra yaşamaq imkanı dəqiqləşdirilər".

Xəbər lenti