IMG-LOGO

Bu dünya çempionatı karyeramda sonuncu olacaq - Ronaldo

06 Jul 2026 11:14 3 baxış
IMG
0 0

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo karyerasında son dünya çempionatında oynadığını bildirib.

"Bəli, bu dünya çempionatı mənim üçün sonuncu olacaq. Sadəcə hər andan həzz almaq lazımdır. Günün sonunda bizi bəyənənlər, xüsusi anlar bəxş edə biləcəyimiz insanlar var. Bunlar heyrətamiz xatirələrdir", - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 41 yaşlı portuqaliyalı bildirib. 

Dünya çempionatının 1/8 finalında Portuqaliya yığması iyulun 6-da İspaniya yığması ilə qarşılaşacaq.Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti