IMG-LOGO

Xameneinin oğulları ataları öldürüləndən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdılar

06 Jul 2026 09:54 2 baxış
IMG
0 0

İnanın öldürülən ali lideri Əli Xameneinin oğulları - ayətullahlar Mustafa, Məsud və Meysəm Xamenei 40 günlük müharibənin başlanğıcından bəri Tehranda ilk dəfə ictimaiyyət qarşısına çıxıblar və dəfn mərasimində ön sıralarda yer alıblar. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bazar günü yerli vaxtla səhər saat 8:00-da Tehranda İmam Xomeyni adına müsəllahda ayətullah Xamenei və ailə üzvləri üçün cənazə namazı qılınıb. Dəfn namazı dəfn mərasimindən və ya mərhumla vida mərasimindən əvvəl qılınan İslam camaatı namazıdır.

Namazı ayətullah Sobhani qılıb. Mərasimdə yüksək vəzifəli dövlət rəsmiləri və çox sayda vətəndaş iştirak edib.

Tədbirdə İran prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ecei və parlamentin sədri Məhəmməd Bağır Qalibaf da iştirak edib.   

Əli Xamenei oğlanları Mustafa Məsud Meysəm

Mənbə: lent.az

Xəbər lenti