IMG-LOGO

Son iki ildə Azərbaycanda 11 000 açıq ürək əməliyyatı keçirilib

31 Jan 2026 13:28 3 baxış
IMG

Son iki ildə Azərbaycanda 11 000 açıq ürək əməliyyatı keçirilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra açıq ürək əməliyyatının sayı xeyli artıb:

"2005-ci ildə Azərbaycanda cəmi bir açıq ürək əməliyyatı keçirilib. Ancaq son iki ildir ölkədə icbri tibbi sığortanın tətbiqindən sonra bu rəqəm xeyli artıb".

Xəbər lenti