IMG-LOGO

Bu marşrutlara yeni avtobuslar verildi

31 Jan 2026 12:21 4 baxış
IMG
0 0

Bakıda daha 2 marşrut xəttində müasir avtobuslar istismara verilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək. 

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. 

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

yeni avtobuslar AYNA

Xəbər lenti