Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insanların sayı çoxdur, sadəcə əsas məsələ donorun tapılmasıdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların ölümündən sonra donor olmasına icazə verilib:
"Ölkədə ilk ürək transplantasiyası həyata keçirildikdən sonra isə donorluğa maraq artıb".
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.