IMG-LOGO

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Jan 2026 11:29 4 baxış
IMG

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır.

"Report" xəbər verir ki, bunu sahiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, orqan transplantasiyası üçün mövcud olan gözləmə siyahısı və digər xüsusi mexanizmlərin elektron sistem halına gətirilməsi məqsədilə müəyyən addımlar atılıb:

"Ölkəmizdə transplantasiyalar sistemləşdirilmiş şəkildə aparılır. Gözləmə siyahısı formalaşdırılır, xüsusi mexanizmlərdən istifadə edilir. Yaxın qohum olmayanların orqan donoru olması üçün Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Bütün bu sistemin elektronlaşdırılması sahəsində müəyyən işlər görülür. Lakin işlər hələ ki tamamlanmayıb".

N.Zeynalov bildirib ki, Azərbaycanda orqan transplantasiyasına tələbat çoxdur:

"Bu baxımdan, əməliyyatların sayının çoxalması gözləmə siyahasındakı sayı azalda bilmir. Ümid edirik ki, orqan transplantasiyası üçün donor olmaq istəyənlərin sayı artar və gözləmə siyahısındakı şəxslərə bir ümid olarlar".

Nazir müavini həmçinin vurğulayıb ki, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmaya bilər:

"Tibbin inkişafı sayəsində gələcək illərdə transplantasiya əməliyyatlarına ehtiyacın azalması ehtimalı var. Lakin bu, çox uzaq gələcəkdir".

Xəbər lenti