Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.
"Report" xəbər verir ki, ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Əməliyyatdan sonra normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".