IMG-LOGO

Azərbaycanda aktiv fəaliyyətdə olan vəkillərin sayı açıqlanıb

31 Jan 2026 10:18 5 baxış
IMG

Hazırda Azərbaycanda aktiv fəaliyyət göstərən vəkillərin sayı 2706 nəfərdir.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası üzvlərinin konfransı zamanı məlumat verib.

Onun sözlərinə görə, vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən tətbiq olunur:

"2004-2018-ci illər ərzində cəmi beş, son üç ildə isə altı yazılı test imtahanı keçirilib. Ümumilikdə son səkkiz il ərzində bu rəqəm 16-ya çatıb. Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkədə vəkillərin sayı üç dəfədən çox artaraq 2825 nəfər təşkil edib. Onlardan 2706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12-nin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır".

Xəbər lenti