IMG-LOGO

Luiziana ştatında səkkiz məhbus həbsxanadan qaçıb

31 Jan 2026 05:43 2 baxış
IMG

ABŞ-nin Luiziana ştatındakı həbsxanadan səkkiz nəfər qaçıb.

"Report" xəbər verir ki, bu barədə "Fox 8" telekanalı məlumat yayıb.

Məlumata görə, onların hamısı ağır cinayətlərə görə məhkum olunublar. Məhbuslardan üçünü saxlamaq və nəzarət altına almaq mümkün olub, yaşları 19 ilə 25 arasında dəyişən daha beş nəfər isə hələ də azadlıqdadır.

Ştatın Baş prokuroru Liz Merril vəziyyəti diqqətlə izlədiyini və yerli şeriflə əlaqə saxladığını bildirib.

Xəbər lenti