Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb.
Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunun arxa hissəsindən dişləyib. O, çoxlu qan itirib və xəstəxanaya aparılanda artıq ölmüş olub.
Qeyd olunub ki, həmin bölgə köpəkbalığı hücumları ilə tanınır. Bu hadisəni də nəzərə alsaq, Pernambuku ştatında bu yırtıcıların qurbanlarının sayı 27-yə çatıb.
Bundan əvvəl Sidneyin şimalındakı şəhər çimərlikləri köpəkbalığının insana hücum etmə təhlükəsinin yüksək olması səbəbindən bağlanmışdı.