IMG-LOGO

Konqoda mədənin çökməsi nəticəsində 200-dən çox insan həlak olub

31 Jan 2026 02:43 3 baxış
IMG

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu vilayətində mədən çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi üsyançılar tərəfindən təyin edilmiş qubernatorun nümayəndəsi Lubumbu Kambere Muisaya istinadən xəbər yayıb.

"200-dən çox insan bu sürüşmənin qurbanı olub, onların arasında mədənçilər, uşaqlar və tacirlər var", - deyə Muisa bildirib.

O əlavə edib ki, bəzi insanlar son anda xilas edilib, lakin ağır xəsarətlər alıblar. Muisa xəsarətlərin dəqiq xarakterini açıqlamayıb. Qubernatorun müşaviri təsdiqlənmiş ölənlərin sayının azı 227 nəfər olduğunu, dəqiq rəqəmin isə hələ müəyyənləşdirilmədiyini qeyd edib.

Çökmə koltan filizi hasil edilən Rubaya mədənində baş verib. Bu mədən dünya üzrə həmin filizin hasilatının təxminən 15 %-ni təmin edir.

Xəbər lenti