Türkiyənin Mersin vilayətində aramsız yağan leysan yağışları sel fəlakətinə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə Mersin vilayət administrasiyasının "X" sosial media hesabında paylaşımında bildirilib.
Qeyd olunub ki, sel nəticəsində 51 ev və 8 maşın su altında qalıb. Köməksiz vəziyyətdə qalan 12 şəxs isə xilas edilib. Bundan başqa, bəzi ərazilərdə qaya parçaları dağdan qoparaq yola düşüb, torpaq sürüşmələri qeydə alınıb.
Fəsadların aradan qaldırılması üçün 509 texnika və 1142 canlı qüvvə cəlb edilib.
Leysan yağışlarının yanvarın 31-də də davam edəcəyi proqnozlaşdırılır.