"Schitt's Creek", "Evdə tək" və "Şouda ən yaxşı" filmlərindəki rolları ilə tanınan Kanada və amerikalı aktrisa Ketrin O'Hara 72 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə TMZ nəşri mənbələrə istinadən məlumat yayıb.
Ketrin "Evdə tək" filminin ilk iki hissəsində Makoley Kalkinin anası obrazını canlandırıb və ""Schitt's Creek" serialının 80 bölümündə Moyra Rouz rolunda çıxış edib.
"Apple TV+"un "Studiya" serialı Ketrinin son işi olub. Bu rola görə o, "Emmi" mükafatına namizəd göstərilib.
O, "Emmi" mükafatını 2020-ci ildə "Schitt's Creek"dəki roluna görə qazanıb. Daha əvvəl o, 1982-ci ildə "SCTV Network 90" şousu üçün yazdığı ssenariyə görə "Emmi" mükafatına layiq görülüb.